İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialeslə bağlı qalmaqal böyüyür. Futbol fəaliyyətinə bir müddətlik qadağa qoyulan qurum rəsmisi ölkəsində müdafiə olunur.

Futbolinfo.az xəbər verir ki, yerli federasiya UEFA-nın Rubialesə cəza kəsməsindən sonra sərt addım atıb. Federasiya qitə futbol qurumunu üzvlükdən çıxmaqla təhdid edib. Prezidentlə bağlı qərar dəyişməsə, ispanlar bütün yarışlardan çəkilmək niyyətindədir.

Belə olarsa, həm İspaniya yığmaları, həm də klublar UEFA bayrağı altında keçirilən heç bir yarışda mübarizə aparmayacaq. Bu sə qitə futbol qurumu üçün arzuolunmaz durumdur.

Xatırladaq ki, Rubiales İspaniya qadın yığmasının çempionluğundan sonra sevincini futbolçulardan birinin dodağından öpməklə büruzə vermişdi. Bu səbəbdən o, qınaq obyektinə çevrilmişdi.

Shares: