“Neftçi” Macarıstanda təşkil olunan 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qalibi olub.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün əvvəlcə 1/4 finalda Macarıstanın “Qyor” klubu ilə üz-üzə gəlib.

Bakı klubu əlavə vaxta gedən gərgin oyunun yekununda rəqibini 20:18 hesabı ilə məğlub edib.

“Neftçi”nin yarımfinalda rəqibi Macarıstan millisi olub. Bu görüşdə də üstün oyun sərgiləyən Bakı klubu rəqibini 22:14 hesabı ilə məğlub edib və finala yüksəlib.

Azərbaycan təmsilçisi finalda Almaniyanın “Düsseldorf Zoos” klubu ilə üz-üzə gəlib və həlledici oyundan da 21:10 hesabı ilə qalib ayrılıb.

Nəticədə Azərbaycan komandası 4-cü dəfə mərhələnin qalibi olub. Debretsen mərhələsinin ən dəyərli oyunçusu (MVP) da “Neftçi”nin üzvü Bryana Freyzer seçilib.

Shares: