Azərbaycan klublarının maraq dairəsində olan Çilinin “Kolo-Kolo” klubunun hücumçusu Xordi Tompson daha bir ölkədən təklif alıb. Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, 19 yaşlı forvardın indi də Meksikaya köçmək variantı ortaya çıxıb.

Belə ki, “Tixuana” klubu Çilinin U-20 yığmasının üzvü üçün sonradan 200 min dollara transfer etmək şərti ilə onu icarəyə götürmək variantına üstünlük verib. Lakin meksikalıların təklifi “Kolo-Kolo” rəhbərliyinin ürəyincə olmayıb. Çili təmsilçisi rədd cavabı versə də, “Tixuana” yeni təklif üzərində çalışır.

Xordi Tompsonun “Qarabağ”, “Sabah” və “Neftçi”nin diqqət mərkəzində olduğu bildirilir.

Shares: