“Sabah”ın dünən transferini elan etdiyi Ayaz Quliyev klubun saytına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi paytaxt klubuna keçidindən məmnun olduğunu bildirib: “Bu komandada olduğum üçün çox şadam. Gənc komanda olmasına baxmayaraq, kifayət qədər yaxşı nəticələrə imza atıb. Ən əsası isə dominantlıq, pressinq və topa nəzarət üzərində qurulmuş özünəməxsus oyun üslubu var. Uşaqlıqdan bu cür oyun tərzini çox bəyənirəm. Düşünürəm ki, burada hər şey mənə uyğundur. Lakin ən əsası klubun mənim xidmətimdə maraqlı olmasıdır. Bu, ən mühüm olanıdır. Komandanın oyunlarını izlədikdə sərgilənən futbolun mənim sevdiyim tərzdə olduğunu gördüm. Buna görə, fikirləşirəm ki, hər şey yaxşı olacaq”.

Xatırladaq ki, “Sabah” 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.

Shares: