“Monako” Folarin Baloqunun transferini rəsmiləşdirmək üzrədir. “Knyazlıq klubu” ABŞ millisinin üzvü ilə bağlı bütün məslələri yoluna qoyub, yalnız keçidin rəsmiləşməsi qalır.
Futbolinfo.az xəbər verir ki, ötən mövsümü icarə əsasında “Reyms”də keçirən hücumçu məxsus olduğu “Arsenal”a qayıdıb. Amma londonlular Fransada bombardirlik bacarığını göstərmiş forvardı satmağa qərar verib.
Futbolçu ilə bir çox klub maraqlansa da, “topçular”ın istədiyi məbləği yalnız “Monako” ödəməyə razılaşıb. 40 milyon avrosundan keçən Liqa 1 təmsilçisi bu həftə reallaşacaq tibbi müayinədən sonra 5 illik transferi açıqlayacaq.