“Arsenal” Emil Smit Rounu satmağa hazırlaşır. Digər London klubu “Çelsi”nin təklifi “topçular”ın bu qərara gəlməsinə səbəb olub.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı oyunçu az oynamasından narazıdır və rəhbərlikdən satılmasını xahiş edib. “Arsenal” onu digər Premyer Liqa klublarına təklif etsə də, müsbət cavab almayıb. İndi isə qəfildən “Çelsinin yarımmüdafiəçi ilə maraqlandığı ortaya çıxıb. Qəfil təklifə baxmayaraq, “Arsenal” danışıqlara başlayıb və ay bitənə kimi Emil Smit Rounu yola salmağa çalışır (The Times).

Vaxtilə “Leypsiq”də və “Haddersfild”də icarədə olmuş klub yetirməsinin “Arsenal”la 3 illik müqaviləsi var. “Çelsi”nin onun üçün 35 milyon avro təklif etdiyi yazılır.

Shares: