İyul ayında on altı ay müddətinə futbolla məşğul olmaqdan uzaqlaşdırılan “Yuventus”un keçmiş prezidenti Andrea Anyellinin cəzası yüngülləşdirilib.

Futbolinfo.az İtaliyanın “ITASportPress” agentliyinə istinadən xəbər verir ki, qadağa cəmi on ay, yəni cari mövsümün sonuna qədər davam edəcək.

Mənbənin məlumatına görə, Anyellinin cəriməsi də 60 min avrodan 40 min avroya endirilib.

Turin klubu bu mövsüm A Seriyasında ilk iki oyunda dörd xal toplayıb. İtaliya nəhəngi növbəti turda “Empoli” ilə səfərdə üz-üzə gələcək ki, görüş sentyabrın 3-də baş tutacaq.

Shares: