“Bayern Münhen”in qapıçısı Manuel Noyer ötən ilin dekabrında aldığı zədədən sonra ilk dəfə komandasının kollektiv məşqinə qatılıb.

Futbolinfo.az Almaniya nəhənginin rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper “Auqsburq”la matçda oynamayan futbolçularla birgə çalışıb.

Noyer Almaniya millisi DÇ-2022-dəki çıxışını başa vurandan sonra dağda xizək sürərərkən ayağını sındırmışdı.

Manuel 2011-ci ildən “Bayern”in formasını geyinir.

Shares: