Timoti Kastan “Fulhem”in şərəfini qoruyacaq. Belçikalı sağ cinah müdafiəçisi 4 illik müqaviləyə imza atıb.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu son 3 mövsümü “Lester”də keçirib. Bu komanda İngiltərə Premyer Liqasını tərk etdiyi üçün Timoti özünə yeni iş yeri tapmalı olub. O, Çempionşipdə oynamayacağını əvvəldən bəyan etmişdi.

3 mövsüm “Atalanta”da da oynamış “Genk” yetirməsi sentyabrda Bakıya London klubunun oyunçusu kimi gələcək. Çünki o, millimizin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibi olan Belçika yığmasının üzvüdür.

Shares: