Joao Feliks “Atletiko”da qalmayacağını qətiləşdirib. Madridlilərin baş məşqçisi Dieqo Sumeone ilə ulduzu barışmayan portuqaliyalı tezliklə yeni iş yernə köçəcək.

Futbolinfo.az xəbər verir ki, bu ilin ilk yarısını “Çelsi”də icarədə keçirmiş yarımmüdafiəçi ilə “Liverpul” maraqlanır. Mersisaydlılar Məhəmməd Salahı satacağı halda məhz onu heyətinə qatacaq. Bu variant və ya digər Avropa klubuna keçid alınmasa, Feliks Səudiyyə Ərəbistanından gələn dəvəti qəbul edəcək.

Joao “Barselona”ya keçidi alınmadığı və “Atletiko”da qalmayacağı dəqiqləşdiyi üçün Madriddəki evini kirayə verib. O, bu həftə yeni ünvanına daşınacaq.

Shares: