“Neftçi” rəhbərliyi baş məşqçi Adrian Mutunun rahat çalışması üçün hər cür şərait yaradır. Futbolinfo.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, “ağ-qaralar” 44 yaşlı mütəxəssisi Bakıda evlə təmin edib.
Mutunun həyat yoldaşı Sandra Mutu sosial şəbəkədə həmin mənzildən şəkillər paylaşaraq, “şirin ev” yazıb. Xəzərin sahilinə yaxın olan mənzilin fotoları Rumıniya mətbuatında gündəmi zəbt edib.
Qeyd edək ki, Adrian Mutu yay fasiləsində “Neftçi”nin sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında Premyer Liqada keçirdiyi ilk 4 görüşdə 5 xal toplayıb.