“İnter” növbəti transferini rəsmiləşdirmək üzrədir. Benjamin Pavar tezliklə İtaliyaya köçəcək.
Futbolinfo.az xəbər verir ki, “Bayern” fransalı müdafiəçisini milanlılara satmağa razılıq verib. Onun üçün münhenlilərə 32 milyon avro (əlavə olaraq 2 milyon avro bonus) ödəniləcək.
27 yaşlı müdafiəçi 2019-cu ildə “Ştutqart”dan “Bayern”ə 35 milyon avroya transfer olunmuşdu. Onun müqaviləsi gələn yay bitəcəkdi.