Avstriya millisinin futbolçusu Kristof Baumqartner AVRO-2024-ün final mərhələsinə vəsiqə şanslarını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi seçmə mərhələdə yer aldıqları F qrupunda ilk iki pillədən birini tutacaqlarına əmindir.

“Leypsiq”in futbolçusunun fikrincə, sentyabrda İsveç, oktyabrda isə Belçika ilə keçirəcəkləri oyunlar həlledici olacaq. O, həmin matçlarda qalib gələcəkləri təqdirdə, son iki turda Azərbaycan və Estoniyanın yığmalarına problem yaratmayacaqlarını vurğulayıb: “Bizi qarşıda iki çətin oyun gözləyir. Bundan düzgün yararlanmalıyıq. Bunu bacarsaq, Almaniyadakı Avropa çempionatında olacağıq”.

Qeyd edək ki, Avstriya yığması oktyabrın 16-da Azərbaycan millisinin qonağı olacaq. Avstriyalılar hazırda 10 xalla qrupa başçılıq edirlər.

Shares: