Leonardo Spinatsola bu həftə İngiltərəyə köçə bilər. Cinah müdafiəçisi axtran “Mançester Yunayted” İtaliya millisinin üzvünə elçi düşüb.
Futbolinfo.az xəbər verir ki, transfer pəncərəsi bağlanana kimi Lük Şouya əvəzedici tapmağı qarşısına məqsəd qoyan ingilislər iki gün ərzində istəyinə çatmalıdır. Mark Kukurelia və Markos Alonso ilə danışıqlar aparan “qırmızı şeytanlar”ın əsas hədəfi məhz Spinatsoladır.
“Roma”nın 30 yaşlı müdafiəçisini satmaq istəmədiyi dəqiqdir. Lakin Premyer Liqa klubunun təklifi vəziyyəti dəyişə bilər. İngilislər “Roma”ya 10 milyon avro, futbolçunun özünə isə İtaliyada qazandığından xeyli yüksək maaş təklif edir.
2019-cu ildə “Yuventus”dan “Romaya keçən müdafiəçinin müqaviləsi gələn yay başa çatır. O, karyerası ərzində heç vaxt İtaliyadan kənara çıxmayıb.