Nuno Tavares yenə “Arsenal”da qalmayacaq. Londonlular sol cinah müdafiəçisini “Nottngem Forest”ə göndərir.

Futbolinfo.az xəbər verir ki, “topçular” iki il öncə 8 milyon avroya “Benfika”dan aldığı portuqaliyalını ötən mövsüm Marsel “Olimpik”inə icarəyə vermişdi. 2025-ci ilin yayınadək müqaviləsi olan futbolçu indi də “meşəbəyi” olacaq.

Tavares bu dəfə “Arsenal”a qayıtmaya da bilər. Belə ki, “Nottngem Forest”lə icarə müqaviləsində birdəfəli satınalma bəndi də olacaq. Bir il üçün 1 milyon avro icarə haqqı ödəyəcək klub gələn yay 12 milyon avro ödəməklə oyunçuya sahib ola bilər. 23 yaşlı futbolçu şəxsi müqaviləsinin detallarını çoxdan razılaşdırıb.

Shares: