Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanacaq ilk iştirakçıların adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, pley-off mərhələsinin cavab oyunları çərçivəsində ilk gündə üç görüş keçirilib.
Türkiyə çempionu “Qalatasaray” Norveç təmsilçisi “Molde”ni sınağa çəkib. Səfərdə baş tutan ilk matçda minimal fərqlə qalib gələn İstanbul nəhənginin qrupa vəsiqə qazanması üçün doğma meydanda uduzmaması kifayət edirdi. Evdə də qalib gələn Türkiyə çempionu sürprizə imkan verməyib.
Bundan başqa, “Panatinaikos” “Braqa”nı, “Yanq Boyz” isə “Makkabi Hayfa”nı sınağa çəkib. Portuqaliyanın və İsveçrə komandaları da ÇL-in qrup mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
29 avqust
“Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) 2:1
(İlk oyun – 3:2)
“Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) 0:1
(İlk oyun – 1:2)
“Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) 3:0
(İlk oyun – 0:0)