Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin daha üç cavab oyunu keçiriləcək. Qrup mərhələsinə sonuncu vəsiqələrin taleyi də bu oyunlarda həll olunacaq.

Maraqlıdır ki, cütlərin heç birində cavab qarşılaşmaları formal xarakter daşımır. Bütün qarşılaşmalar gərgin mübarizəyə səhnə olacaq. Yalnız “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Rakuv”un işinin daha çətin olacağını demək olar.

23:00. AEK (Yunanıstan) – “Antverpen” (Belçika)

İlk oyun – 0:1

23:00. “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa)

İlk oyun – 1:0

23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya)

İlk oyun – 2:2

Shares: