Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda “Əl Nəsr” – “Əl Şəbab” oyunu keçirilib. Matç Ər-Riyaddakı “Əl Avval Park” stadionunda oynanılıb.

Futbolinfo.az xəbər verir ki, “Əl Nəsr”in 4:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Kriştianu Ronaldo yenə ön plana çıxıb. Penaltilərlə dubl edən portuqaliyalı komandasının qələbəsində önəmli rol oynayıb. Daha br qola digər ulduz Sadio Mane imza atıb.

Qeyd edək ki, “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə turnir cədvəlində 2-ci olub. Komanda 30 görüşdən sonra 67 xal toplayıb. “Əl Şabab” 56 xalla 4-cü yerdə qərarlaşıb. “Əl İttihad” ölkənin son çempionudur (72). Hazırda isə “Əl Nəsr” 6-cı pillədədir.

Shares: