“Tottenhem” İngiltərə Liqa Kubokunda çıxışını erkən tamamlayıb. London təmsilçisi turnirin 1/32 final mərhələsində mübarizəni dayandırıb.
Futbolinfo.az xəbər verir ki, Anqe Postekoqlunun komandasını “Fulhem” nokauta salıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Tottenhem”in bir futbolçusu qeyri-dəqiq olub və kuboku tərk edib.
İngiltərə Liqa Kubokunda dünən baş tutan oyunlar:
Fulhem – Tottenhem 1:1, penaltilərlə 5:3
Nyuport Kaunti – Brenford 1:1, penaltilərlə 0:3
Suonsi – Bornmut 2:3
Plimut – Kristal Pelas 2:4
Vulverhempton – Blekpul 5:0