Növbəti mövsüm I Liqada mübarizə aparacaq “Karvan” heyətini yeni qapıçı ilə gücləndirir. Yevlaxlılar “çərçivə”ni legionerə tapşıracaq.
Futbolinfo.az xəbər verir ki, bir müddətdir komandanın düşərgəsində olan gürcüstanlı qolkiper Tornike Kvaratsxeliya yevlaxlılarla ilkin razılığa gəlib. Onunla bir illik müqavilə bağlanacaq.
Qeyd edək ki, 23 yaşlı Tornikenin son klubu Gürcüstanın birinci liqasında mübarizə aparan “Merani” olub. Bu futbolçunun vaxtilə ölkəmizdə oynayan Badri Kvaratsxeliya ailəsinə hər hansı yaxınlığı yoxdur, sadəcə, soyadları eynidir.