Daha bir portuqaliyalı “Vulverhempton”u tərk edib. Qonsalu Quedeş vətəninə qayıdıb.
Futbolinfo.az xəbər verir ki, ingilislərin bir il öncə “Valensiya”dan 33 milyon avroya transfer etdiyi yarımmüdafiəçi “Benfika”da oynayacaq. Yanvardan Lissabon klubunda çıxış edən Quedeçin icarə müqaviləsinin müddəti daha bir illik uzadılıb.
“Vulverhempton”la 2027-ci ilin yayınadək müqaviləsi olan oyunçu yetişdiyi klubda uğurlu çıxışa davam etsə, onun birdəfəlik transferi də mümkündür. Yayda Premyer Liqada çıxış etmək ümidi ilə geri qayıdan Qonalu vaxtilə portuqaliyalıların çoxluq təşkil etdiyi klubdakı dəyişiklikləri görüncə “Benfika”ya qayıtmağı lazım bilib.
Əvəzində “Vulverhempton” “Jirona”dan Santyaqo Buenonu transfer etmək üzrədir. Uruqvaylı müdafiəçi tibbi müayinədən keçmək üçün İngiltərəyə uçub. İspaniya klubu bu transferdən 10 milyon avro qazanacaq.