“Hatayspor”un hücumçusu Bertuğ Yıldırım karyerasını Fransanın “Renn” klubunda davam etdirəcək.
Futbolinfo.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
“Hatayspor” bu transferdən 5 milyon avro qazanıb.
Yıldırım 2022/23 mövsümünü icarə əsasında “Antalyaspor”da keçirib, 30 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.