Bu yay “Sumqayıt”dan ayrılan Terrens Tisdellin yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, liberiyalı yarımmüdafiəçi Liviyanın “Əl-Əhli” klubuna keçib.
Bu barədə yüksək liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tisdell bir illik müqaviləyə qol çəkib.
Tisdell ötən mövsüm qış fasiləsində “Sumqayıt”a kelmişdi. O, ölkəmizdə 13 oyuna 1 qol vurub.