“Ayaks” gözlənilən transferi rəsmiləşdirdi. Georgi Mikautadze “Mets”dən Amsterdam klubuna keçdi.

Futbolinfo.az xəbər verir ki, gürcü futbolçu üçün Fransa klubuna 16 milyon avro ödənilib. O, 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə bağlayıb.

Futbolun sirrlərini Fransada öyrənən hücumçu iki il Belçika 2-ci liqasında icarədə oynayıb, karyerasının qalan hissəsini “Mets”ə sərf edib. 22 yaşlı futbolçu sağ vinger kimi də çıxış edə bilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp