“CBC Sport” anonslarını ləğv edə bilər. “Qarabağ” – “Olimpiya” oyunu “İdman TV”də yayımlanacaq.

Futbolinfo.az xəbər verir ki, Sloveniyadakı ilk matçın yayımında yaranan problemlərə görə bu komandalar arasında cavab görüşü dövlət kanalından alınaraq “CBC Sport”a verilmişdi. Amma həmin problemlərin yaranma səbəblərində təxribat izi var idi və bu barədə yazmışdıq. Ən yüksək səviyyədə araşdırmalardan sonra “İdman  TV”-nin işbazların günahı üzündən pis vəziyyətdə qaldığı aydınlaşıb. Və cavab oyununun yayımı yenidən bu telekanala verilib.

Xəbəri “Qarabağ”ın direktoru Emrah Çelikel “FutbolPress”ə açıqlamasında təsdiqləyib. “İdman TV”-nin direktoru Rövşən Binnətli də “Futbolinfo”ya açıqlamasında təsdiq cavabı verdi. Beləliklə qarşılaşma məhz dövət kanalında yayımlanacaq. Haqqında danışdığımız araşdırmanın kimlərin başını ağrıtdığını isə qarşıdakı günlərdə görəcəyik.

Shares: