“Sabah” Rusiyadan daha bir futbolçunu gətirməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bu barədə yerli “sport24.ru” saytı məlumat yayıb.

Bildirilib ki, bir neçə gün əvvəl “Ximki”dən Ayaz Quliyevi heyətinə qatan Azərbaycan klubu adıçəkilən komandanın daha bir sabiq üzvünə göz dikib. Söhbət sol vinger Reziuan Mirzovdan gedir.

“Ximki” ilə müqaviləsi ötən ay başa çatan 30 yaşlı oyunçu hazırda azad agentdi. Baş məşqçi Murad Musayev həmyerlisini komandadan ayrılan Coy-Lens Mikelsə layiqli əvəzləyici qismində görür.

Qeyd edək ki, Reziuan Mirzov karyerası ərzində yalnız Rusiya klublarında çıxış edib.

Shares: