“Tottenhem” transfer pəncərəsinin sonunda Brennan Consonu heyətinə qatmaq istəyir. Bu futbolçu hazırda London klubunun əsas hədəfidir.
Futbolinfo.az xəbər verir ki, “Brentford”un da istədiyi yarımmüdafiəçi üçün “Tottenhem” 40 milyon avro təklif edib. Amma “Nottingem Forest” daha çox pul tələb etdiyindən keçidin tamamlanması yubanır. “Meşəbəyilər” lə 3 illik müqaviləsi qalan oyunçu yekun qərarı gözləyir.
“Nottingem Forest”in 22 yaşlı yetirməsi bir il icarədə olduğu “Linkoln”dan başqa klubda oynamayıb. “Tottenhem” isə onun ilk iddialı komandası olacaq. Bir şərtlə kimi tərəflər istəklər arasındakı 10 milyon avroluq fərqi aradan qaldırmağa razılaşsın.