İvan Fresneda 2028-ci ilin yayına qədər “Sportinq”də oynayacaq. Lissabon klubu onu 9 (+ 3 bonus) milyon avroya “Valyadolid”dən transfer etdi.

Futbolinfo.az xəbər verir ki, İspaniya klubu oyunçunun gələcəkdəki satışından da xeyir götürəcək. Fresneda gələcəkdə başqa kluba gedərsə, “Valyadolid” satış məbləğinin 10 faizinə sahib olacaq.

18 yaşlı sağ cinah müdafiəçisi “Valyadolid” yetirməsidir. “Sportinq” onu gələcəkdə daha yaxşı qiymətə sata bilmək ümidi ilə alıb.

Shares: