“Qarabağ”ın 15 yaşlılardan ibarət komandası Türkiyəyə gedir. Beynəlxalq turnirdə yarışmaq niyyəti ilə yola çıxan kollektiv bu gün ölkəni tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ” akademiyasının yeni rəhbəri Aftandil Hacıyevin gəlişindən sonra klub uşaq futboluna diqqəti artırıb. Xaricə belə səfərlərin tez-tez təşkil olunması, futbolçuların beynəlxalq oyun təcrübəsinin artırılması nəzərdə tutulub.

6 komandanın iştirakı ilə keçiriləcək 5-ci “Kartepe Cup” sentyabrın 1-də başlayacaq. Hər gün iki oyun keçirəcək komandalar ayın 3-dəki ikinci matçında tutduqları yekun yeri biləcək. Belə ki, həmin gün final matçları oynanılacaq.

Shares: