Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, bütün oyunları eyni gündə baş tutacaq.
“Qarabağ” da Sloveniya “Olimpiya”sı ilə cavab matçına çıxacaq. Lyublyanada baş tutan ilk oyunda 2 cavabsız qolla qalib gəlmiş Azərbaycan çempionuna qrupa vəsiqəni təmin etmək üçün heç-heçə də bəsdir.
Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su isə ilk oyunda məğlub etdiyi Praqa “Sparta”sı ilə bu dəfə səfərdə qarşılaşacaq.
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları
31 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Sloveniya) (2:0)
21:00. “Aris” (Limasol, Kipr) – “Slovan” (Slovakiya) (1:2)
21:00. “Zarya” (Ukrayna) – “Slaviya” (Praqa, Çexiya) (0:2)
21:00. “Şerif” (Moldova) – “Klaksvik” (Farer adaları) (1:1)
21:00. “Sparta” (Praqa, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) (1:3)
22:00. “Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) (4:1)
22:00. “Çukariçki” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) (1:3)
22:30. “Luqano” (İsveçrə) – “Yunion” (Belçika) (0:2)
22:45. “Aberdin” (Şotlandiya) – “Haken” (İsveç) (2:2)
23:00. “Zrinski” (Bosniya və Herseqovina) – LASK (Avstriya) (1:2)