“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsində “Olimpiya” ilə cavab oyununa çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionunu Lyublyanada baş tutan ilk oyunda 2 cavabsız qolla yenib. Bu üzdən Azərbaycan çempionuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edəcək.

Avropa Liqası
Pley-offun cavab oyunu
31 avqust

20:00. “Qarabağ” – “Olimpiya”
Baş hakim: Alexandre Hernandes (İspaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Shares: