Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçirilib.

Belçika “Antverpen”i evdə qalib gəldiyi (1:0) AEK-lə bu dəfə Yunanıstanda üz-üzə gəlib və səfərdə də qələbə qazanmaqla mərhələ adlayıb. 2-ci təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Rakuv” (Polşa) səfərdə “Kopenhagen”lə qarşılaşıb. İlk oyun Danimarka klubunun 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab görüşündəki heç-heçə “Kopenhagen”i sevindirib. Digər oyunda isə PSV (Niderland) “Reyncers”i (Şotlandiya) qəbul edib və darmadağına sevinib. Bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatmışdı. 

Qeyd edək ki, qrup mərhələsinə vəsiqə əldə edən 3 komandanın adına ötən axşam aydınlıq gəlmişdi. “Qalatasaray” (Türkiyə), “Braqa” (Portuqaliya) və “Yanq Boyz” (İsveçrə) qitənin ən nüfuzlu turnirinin əsas mərhələsində iştirak edəcək.
 
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları

30 avqust

AEK (Yunanıstan) – “Antverpen” (Belçika) 1:2
(İlk oyun – 0:1)

“Kopenhagen” (Danimarka) – “Rakov” (Polşa) 1:1
(İlk oyun – 1:0)

PSV (Niderland) – “Reyncers” (Şotlandiya) 5:1
(İlk oyun – 2:2)

Shares: