Ansu Fati bu gün “Brayton” oyunçusu ola bilər. İngiltərə klubu istedadlı hücumçunu “Barselona”dan bir illik icarəyə götürməyə razılaşıb.

Futbolinfo.az xəbər verir ki, son anda problem çıxmasa, İspaniya millisinin üzvü rəsmi müqavilə imzalayacaq. Anlaşmada gələn yay başa çatacaq icarə müddətinn yenilənməsi və ya futbolçunun birdəfəlik transfer edilməsi barədə bənd yoxdur. Eyni zamanda maaşın böyük hissəsi “Brayton” tərəfindən qarşılanacaq, lakin “Barselona” da Fatiyə müəyyən ödəniş edəcək.

Əslində, İspaniya klubu əsas heyətə düşməyən oyunçunu satmaq istəyirdi. Ansu isə özünü sübut etmək üçün bir il sonra geri qayıtmağı lazım bilib.

Shares: