“Çelsi” transfer pəncərəsinin sonunda daha bir sürprizə imza ata bilər. Londonlular Koul Palmeri heyətinə qatmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, “Mançester Siti” gənc ulduzunu İngiltərə Premyer Liqasındakı əsas rəqiblərindən birinə satmağa razılaşıb. “Şəhərlilər” Palmerə görə 40 milyon (+5 milyon bonus) avro alacaq. Futbolçu da razılıq verdiyi üçün bu gün tibbi müayinə reallaşacaq və transfer açıqlanacaq.

“Mançester Siti” yetirməsi olan 21 yaşlı Palmerin klubla 3 illik müqaviləsi var. O, ötən mövsümdən əsas heyətə cəlb olunmuşdu.

Shares: