“Yuventus” heyətini gənc istedadla gücləndirəcək. Livano Komenensiya tezliklə Turinə köçəcək.

Futbolinfo.az xəbər verir ki, “Qoca Sinyora” bu transferi daha çox gələcəyi üçün edir. Perspektiv vəd edən niderlandlı cinah oyunçunun transfer edilən kimi icarəyə verilməsi variantı realdır.

19 yaşlı PSV yetirməsi 3 milyon avro qarşılığında transfer ediləcək. Eyndhovenlilərlə iki illik anlaşması qalan oyunçunun A Seriyasının digər komandalarından birinə göndəriləcəyi gözlənilir.

Shares: