Transfer pəncərəsinin sonuna yaxın keçidlərlə bağlı şayiələr də artır. Dünya futbolundan kənarda qalmasına baxmayaraq, Rusiya futbolunda da belə şayiələr kifayət qədərdir. Bir neçə gün əvvəl erməni əsilli futbolçu Arsen Zaxaryanın “Real Sosyedad” klubuna transferindən sonra belə şayiələrin sayı artıb.

Yeni yayılan xəbərə görə, Moskva “Spartak”ı və “Dinamo”sunun futbolçuları Daniil Denisov və Daniil Fominlə Fransanın “Olimpik” (Lion) klubu maraqlanır. Bütün bu şayiələrə və baş tutmuş transferlərə ölkənin tanınmış futbol funksioneri və seleksioneri Pavel Stipidi özünəməxsus şəkildə cavab verib. “Hamı bizim futbolçuları bacardıqları qədər tez bir zamanda Avropaya yollanmağa çağırır. Bu nə deməkdir? Sanki futbolumuz ölüb və burada oynamaq olmaz. Xeyr, ölməyib və ölməyəcək də.

Elə alındı ki, bu yay bir neçə futbolçu getdi. Amma gəlin hamısına ayrı-ayrılıqda baxaq. Kuzyaev karyerasını rahat yekunlaşdırmaq üçün Fransaya “Havr” komandasına getdi. Nə klubdur ki? Özdoev PAOK-da oynayır. Yunanıstana da o, Rusiyadan deyil, Türkiyədən gedib. Doğrudur , Zaxaryan “Real Sosyedad”a transfer edildi. İndi isə Fominlə Denisovun Liona gedəcəyini söyləyirlər. Onlar axı xaricə necə gedə bilərlər? Onların arxasında dayana biləcək erməni diasporu var? Elə bilirsiz , hamı avamdır. Zaxaryanın ispan komandasına keçməsi erməni diasporunun köməyi ilə olub. Yoxsa, onu heç bir zaman elə bir klub heyətinə qatmazdı”, – deyə Stipidi bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp