AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sumqayıt” oyunu bitdikdən “Araz-Naxçıvan” klubunun köməkçi məşqçisi Əfran İsmayılov oyunun rəsmi şəxslərinin tələblərinə əməl etmədiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 1000 manat cərimə edilib.

“Zirə” – “Sabah” oyununda “Sabah” klubunun futbolçusu Amin Seydiyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sabah” klubu 1500 manat cərimə edilib.

“Neftçi” – “Qəbələ” oyununda “Neftçi” klubunun qapıçısı Rza Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Neftçi” klubu 800 manat cərimə edilib.

“Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

“Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

Shares: