Yenidən böyük futbola qayıdan “Karvan” I Liqanın yeni mövsümünə hazırlaşır. Yevlaxlılar təkcə komandanın heyətini gücləndirməklə kifayətlənmir.

Futbolinfo.az xəbər verir ki, infrastrukturun təmirinə də diqqət ayıran bölgə klubunun ev oyunlarını keçirdiyi Yevlax şəhər stadionunda yeni tablo quraşdırılır. Hazırda son tamamlama işləri gedir.

Tablonun I Liqanın ilk turunda baş tutacaq “Mingəçevir”lə ev oyununa qədər hazır olması planlaşdırılır. Həmin matç sentyabrın 13-ə təyin olunub.

BƏHRUZ MUSAYEV, YEVLAX

2961816a 3d5c 49f2 b7d6 ab2ae53e42de - Futbolinfo.az
Shares: