Leonardo Bonuççi tezliklə “Union Berlin”in futbolçusu olacaq. İtaliya müllisinin üzvü almanlarla razılıq əldə edib.

Futbolinfo.az xəbər verir ki, “Yuventus”la yollarını ayıran təcrübəli mərkəz müdafiəçisi Səudiyyə Ərəbistanından və MLS komandalarından aldığı çoxsaylı təklifləri rədd edib. Avrokubokda yarışmaq istəyən Bonuççi məhz berlinlilərin təklifinə müsbət cavab verib.

Bu gün Almaniyaya uçan futbolçu tibbi müayinədən keçdikdən sonra bir illik müqavilə bağlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp