“Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avramın futbolinfo.az saytına müsahibəsi

– Son turda “Sumqayıt”la 1:1 hesablı heç-heçəni sizin üçün yaxşı nəticə saymaq olar?

– Oyunun əvvəli əsəbi şəkildə keçdi. Bizdən tələb olunanı dərhal edə bilmədik. Amma komanda üçün çox şadam. Məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirdik. Buraxılan qoldan sonra da komanda xarakter nümayiş etdirib, hesabı bərabərləşdirdi. Hətta qalib gəlmək üçün də epizodlarımız var idi. Amma ümumilikdə hər oyunda bizim yeganə məqsədimiz var, o da qələbə qazanmaqdır. 1:1 haqda fikrimiz belə yox idi, ancaq qalibiyyət haqda düşünürdük.

– “Araz-Naxçıvan” liqanın debütantıdır. Amma son 3 oyundakı çıxış komandanın azarkeşlərində ümid yaradıb. Maksimum nəyə nail ola biləcəksiniz?

– Gəlin danışığımıza belə başlayaq ki, biz peşəkarıq, hər zaman işimizi görmək üçün maksimumu meydanda veririk, çalışırıq ki, ən yaxşısını edək. Hansısa sirlərin olduğunu düşünmürəm. Bizim məşqçilər korpusumuz var ki, onlar bizim hər gün inkişaf etməyimiz üçün işləyirlər. Bu, bizim daha yaxşı olmağımıza kömək olur. Ona görə də yaxşı oyunlarımız alınır. Amma bu, bizi dayandırmamalıdır. Əminəm ki, komanda ilə birlikdə yaxşı nəticələr qazanacağıq.

– “Qəbələ” üzərində ikinci turda qazanılan 2:0 hesablı qələbə sanki sizə motivasiya oldu. Baxmayaraq ki, futbol ictimaiyyəti bunu gözlənilməz nəticə saydı.

– Mən bunun kimin üçün və nə qədər gözlənilməz olduğunu bilmirəm. Biz hər gün hazırlaşırıq və oyunlarda əlimizdən gələni edirik. Qələbə bizə çox yaxşı impuls verdi. Uğurlu çıxışa davam etmək istəyirik ki, yaxşı nəticələr qazanaq.

– Azərbaycanda həmyerlin Denis Marandiçi çıxış edir. Maraqlıdır ki, özün burda olmasan da, komandan ilk turda onun çıxış etdiyi “Turan Tovuz”a uduzdu. Denislə aranızda hansısa dialoq olub?

– Bura gələnə qədər mənim bunu kiminləsə müzakirə etməyim, danışmağım üçün vaxtım az idi. Amma əminəm ki, burada əvvəl oynamış həmyerlilərimdən kiminləsə danışası olsam, Azərbaycan haqda, ölkədəki futbolun inkişafı barədə yaxşı sözlər deyərdim. Denisə gəldikdə, onunla Bakıda, burada danışdım, tez-tez görüşürük. O vaxt mən komandada yox idim. Ona görə də ilk turdakı matç haqda nəsə deyə bilmərəm. Əminəm ki, komanda nəticə qazanmaq üçün ən yaxşısını edib.

– Elə həmin ilk turda hazırda komandada səninlə birlikdə olan Samir Bukviç 3 kobud səhvə yol verdi. Bundan sonra isə bütün oyunlarda “çərçivə” sənə tapşırılıb.

– Bayaq dediyim kimi, onda komandada yox idim. Nəyin necə olduğunu müzakirə edə bilmərəm. Məni dəvət etdilər və komandadayam. Bu komandada olduğuma görə xoşbəxtəm.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp