“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsində “Olimpiya” ilə cavab oyununa çıxıb.

Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionunu Lyublyanada baş tutan ilk oyunda 2 cavabsız qolla yenmişdi. Bu üzdən Azərbaycan çempionuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. Cavab görüşü elə bərabərliklə də yekunlaşıb və Azərbaycan çempionu Avroliqanın qrupuna vəsiqə qazanıb.

Avropa Liqası
Pley-offun cavab oyunu

31 avqust

“Qarabağ” – “Olimpiya” 1:1
Qollar: Toral Bayramov, 24-pen – Dioqo Pinto, 36.
Baş hakim: Alexandre Hernandes (İspaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 18. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Olimpiya: 69. Matevj Vidovşek, 2. Jorj Silva, 6. Mateo Karamatik, 10. Timi Elşnik (k), 14. Marsel Ratnik, 20. Nemanya Motika, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 37. Pedro Lukas, 43. Aylaj Krefl, 99. Rui Pedro.
Ehtiyat oyunçular: 22. Denis Pintol, 31. Jan Mauritsio, 8. Yustas Lasiçkas, 9. Mustafa Nukiç, 11. Saar Fedida, 15. Marko Ristiç, 16. Ahmet Muhamedbeqoviç, 17. Admir Bristriç, 21. İvan Posavets, 33. Nemanya Qavriç, 77. Aldin Yakupoviç.
Baş məşqçi: Joao Enrikes.

Shares: