Avropada transfer pəncərəsinin bağlanması ərəfəsində oyunçu keçidləri sıralanır. Növbəti belə futbolçu alış-verişi Fransa və Almaniya klubları arasında reallaşıb.

Futbolinfo.az xəbər verir ki, Amin Sarr Lion “Olimpik”ini “Volfsburq”a dəyişib. Amma o, Bundesliqa klubunda icarədə oynayacaq. Almanlar futbolçunun çıxışından razı qalarsa, gələn yay 15 milyon avro ödəyərək onu birdəfəlik almaq imkanı qazanacaq. “Volfsburq” gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazansa və Sarr mövsüm ərzində oyunların 50 faizindən çoxunda iştirak məcburi satınalma bəndi aktivləşəcək.

22 yaşlı isveçli hücumçu Fransa klubuna yanvarda gəlmişdi. “Olimpik” “Heerenven”ə onun üçün 11 milyon avro ödəmişdi. Sarrın lionlularla 2027-ci ilin yayınadək müqaviləsi var.

Shares: