“Olimpiya”nın baş məşqçisi Joao Enrike Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransına qatılmayıb.

Futbolinfo.az xəbər verir k, portuqaliyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdən sonra jurnalistlərin qarşısına çıxmaqdan imtina edib.

Qeyd edək ki, Lyublyanadakı ilk matçda 2:0 hesablı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrupuna yüksəlib. “Olimpiya” isə mübarizəni UEFA Konfrans Liqasının qrupunda davam etdirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp