“Olimpiya” yenə Bakıdan məğlubiyyətsiz dönür. Sloveniya təmsilçisi ölkəmizə 3-cü səfərində də təmsilçimizə qələbə həsrət yaşatdı.

Futbolinfo.az xəbər verir ki, lyublyanalılar indiyədək Bakıda 1 qələbə, 2 heç-heçə görüb. Düzdü, 3 cəhdin ikisində məhz təmsilçimiz mərhələ adlayıb. Amma heç vaxt bu rəqibi Azərbaycanda məğlub edə bilməmişik.

İlk dəfə 2011-ci ildə “Şəfa”ya UEFA Kubounda rəqib olan “Olimpiya” Bakıda 3, evdə 4 cavabsız qola sevinmişdi. Digər iki qarşılaşma isə “Qarabağ”a qarşı olub və ağdamlılar mərhələ adlayıb. 2018-ci ildə Çempionlar Liqası matçında “Qarabağ” səfərdə yeganə qolla qalib fəlmiş, evdə 0:0-a razılaşmışdı. Bu il isə Avropa Liqasında Lyublyanadakı matçda 0:2 hesabıyla məğlub olan Sloveniya təmsilçisi Bakıda 1:1-ə nail oldu.

Maraqlıdır ki, “Olimpiya” ilə duellərimizdə həmişə bir komanda üstün olub, qarşılıqlı qələbələr qeydə alınmayıb. Əvəzində ilk dəfə bu duellərdə qarşılıqlı qollar izlədik.

Sloveniya komandaları ilə avrokuboklardakı bütün oyunlarımız:

10.08.2000. Bakı, Azərbaycan UEFA Kub., Neftçi – HİT Qoritsa 1:0

24.08.2000. Nova-Qoritsa, Sloveniya UEFA Kub., HİT Qoritsa – Neftçi 3:1

09.08.2001. Bakı, Azərbaycan UEFA Kub., Neftçi – HİT Qoritsa 0:0

23.08.2001. Nova-Qoritsa, Sloveniya UEFA Kub., HİT Qoritsa – Neftçi 1:0

09.08.2001. Lyublyana, Sloveniya UEFA Kub., Olimpiya Lyublyana – Şəfa 4:0

23.08.2001. Bakı, Azərbaycan UEFA Kub., Şəfa – Olimpiya Lyublyana 0:3

05.07.2012. Bakı, Azərbaycan UEFA AL Bakı – Mura 0:0

12.07.2013. Lendava, Sloveniya UEFA AL Mura – Bakı 2:0

17.07.2014. Bakı, Azərbaycan UEFA AL Neftçi – Koper 1:2

24.07.2014. Koper, Sloveniya UEFA AL Koper – Neftçi 0:2

18.08.2016. Bakı UEFA AL Qəbələ – Maribor 3:1

25.08.2016. Maribor UEFA AL Maribor – Qəbələ 1:0

10.07.2018. Lyublyana, Sloveniya UEFA ÇL Olimpiya Lyublyana – Qarabağ 0:1

18.07.2018. Bakı, Azərbaycan UEFA ÇL Qarabağ – Olimpiya Lyublyana 0:0

24.08.2023. Lyublyana, Sloveniya UEFA AL Olimpiya Lyublyana – Qarabağ 0:2

31.08.2023. Bakı, Azərbaycan UEFA AL Qarabağ – Olimpiya Lyublyana 1:1

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp