“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki uğurlu çıxışı Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Sloveniya klubu “Olimpiya” ilə 1:1 hesabı ilə bərabərə qalaraq, ölkə reytinqinə 0,125 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,625 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,875-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir.

Reytinqə 89,178 xalla İngiltərə başçılıq edir. İspaniya (75,989) ikinci, İtaliya (71.712) isə üçüncü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp