“Sabah”ın yarımmüdafiəçisi Vensal Till Lüksemburq yığmasına dəvət alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Lüksemburq yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də evdə İslandiya, sentyabrın 11-də isə səfərdə Portuqaliya millisi ilə qarşılaşacaq.