Avropada transfer pəncərəsinin son günündə bir sıra keçidlərin rəsmiləşməsi gözlənilir. Ən əsas olay Məhəmməd Salahla bağlıdır.
Futbolinfo.az xəbər verir ki, “Əl İttihad”ın heyətinə qatmaq istədiyi futbolçunun bu gün “Liverpul”dan ayrılıb Səudiyyə Ərəbistanına yollanması mümkündür. Əvəzində Rayan Qravenberx “Bayern”i mersisaydlılara dəyişir.
Hazırda bu futbolçuların yeni klublarının düşərgəsinə yollandığı barədə xəbərlər var.