Hirvinq Lozano keçmiş klubuna qayıdır. “Böyük beşlik” ölkələrində istədiyinə nail ola bilməyən hücumçu yenidən Niderlandda oynayacaq.

Futbolinfo.az xəbər verir ki, “Napoli”nin 2019-cu ildə PSV-dən 45 milyon avroya transfer etdiyi meksikalı keçmiş klubuna dönür. İtaliyalılarla bir illik anlaşması qalan 28 yaşlı cinah hücumçusu üçün nə qədər xərc çəkildiyi barədə məlumat verilmir. Lakin onun bu gün eyndhovenlilər üçün tibbi müayinədən keçəcəyi dəqiqdir.

Lozano PSV ilə 3 illik müqaviləni razılaşdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp