“Mercedes” komandası Lüis Həmiltonla yeni müqavilə imzaladığını bəyan edib. Yeni sözləşmə 2025-ci ilə qədər nəzərdə tutulub. Eyni müddətə digər pilot Corc Rasselin də müqaviləsi uzadılıb.

Futbolinfo.az xəbər verir ki, yeddiqat dünya çempiounu iki illik müqaviləyə əsasən ildə 58 milyon avro alacaq. Bundan əvvəlki müqavilə ilə müqayisə etdikdə Həmiltonun məvacibinin artdığını görmək mümkündür. Britaniyalı sürücünün qazancı bir ildə 16 milyon avro artıb.

Qeyd edək ki, Həmiltonun məvacibi Formula 1-də ən yüksəkdir. Amma bəzi məlumatlara görə niderlandlı Maks Ferstappen müxtəlif bonuslarla daha çox qazanc əldə etmişdi.

Əlavə edək ki, Həmilton 2013-cü ildən “Mercedes” komandasının şərəfini qoruyur. Bu müddət ərzində o 6 dəfə çempion olub. Komanda isə 8 dəfə mühəndislər kubokunu qazanıb.

Shares: