“Mançester Yunayted” Altay Bayındır transferini rəsmiləşdirdi. “Fənərbağça”dan alınan futbolçu komandada ehtiyat qapıçı olacaq.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu onu Din Hendersonun əvəzinə heyətə qatıb. Andre Onanaya rəqib olacaq əlcək sahibinə görə İstanbul təmsilçisinə 6-7 milyon avro civarında məbləğ ödəniləcək.

Altay 4 illik müqavilə imzalayıb.

Shares: